Biz imzaları yox, əsərləri dərc edirik...

Mütaliə eşqini İnstaqrama daşıyanlar
412
18 Yanvar 2018, 19:48
 Türkiyənin sosial şəbəkələrdə ən çox izlənən və oxunanları özlərini "bookstagram” adlandıran ədəbiyyat bloqqerləridir. "Onedio”-nun xəbərinə görə, oxuduqları kitablar haqqında qısa rəylərini, fikirlərini, kitablardan sitatları, kitab təqdimatlarından hadisələri, şəkilləri yayımlayan, ədəbiyyat və yazarlarla bağlı əsrarəngiz fotolar, video və məlumatlar paylaşan bloqqerlərin özlərinə verdikləri "bookstagram” adı, həqiqətən də, gücünü ortaya qoyub.
 

 
 
 Belə ki, 2017-ci ilin sonunda aparılan araşdırmaların nəticələrinə görə, sosial şəbəkələrdə ən çox izləyicisi olanlar da məhz bookstagramlardır. Xüsusilə də, instaqram şəbəkəsində tez-tez paylaşımlar edərək, geniş izləyici auditoriyasını kitaba, ədəbiyyata həvəsləndirən bu bloqqerlərin gördüyü işlər əvəzsizdir. Burada əsas şərt aktivliyi təmin etməkdir. Bu isə böyük əmək və vaxt tələb edir. Həftədə ən azı 3-4 yeni paylaşım üçün ayda azı 7-8 kitab oxumalı (aralarında ayda 30-40 kitab oxuyanlar da var) olurlar. Bookstagramlar etiraf edir ki, əvvəlcə buna sadəcə hobbi kimi yanaşsalar da, izləyici sayı 30000 keçdikdən sonra bu artıq işə çevrilir.
 İş o qədər ciddiləşib ki, nəşriyyatlar və yeni yazarlar da təqdimat məqsədilə çox izlənilən bookstagramlara müraciət edirlər. Artıq Türkiyədə demək olar ki, bütün nəşriyyatların bookstaqramlarla iş müqaviləsi var. Bəziləri bunun üçün sadəcə pulsuz kitab, dərgi göndərir, bəziləri isə müəyyən məbləğ ödəyir. Marağınızı cəlb edəcəyini düşünərək onlardan bəzilərinin hesab adlarını paylaşırıq.
 1. haveyoumetmyblog
 2. okuyanmuallime
 3. tardisayraclikiz
 4. kitaplarvesözleri
 5. okuyanbirirmak
 6. evetherneyse
 7. gladerbook
  
 Hazırladı: Elcan Salmanqızı 

Xəbər lenti