Biz imzaları yox, əsərləri dərc edirik...

Qarabağ... Bu torpaq – Muhsin Kadıoğlunun şeiri
269
14 Oktyabr 2020, 11:22
 Artkaspi.az saytıMuhsin Kadıoğlunun "Qarabağ... Bu torpaq” adlı şeirini təqdim edir:
 
 Qarabağ şəhidlərinə
 
Qəlbimiz incə, gözlərimiz mərhəmətli idi,
Kələbəklər qurşunlardan qaçırdı.
Öncə yağmur, sonra da dolu kimi yağırdı,
Çimənlər üstündə bir körpə qanıyla oynayırdı...
Yalnız olduğu ağlına gəldi
Anam-babam hara getdi?
Bəs qardaşlarım və qohumlarım, 
Nəsimi və Natəvan?
 
İşimiz zor: yaxşılıqlarımızın cəzasını çəkirik,
Üzüntü və xəyal qırıqlığı içində.
Barış və qardaşlıq... Ürəklərində heç vaxt yer tapmadı,
Çünki gecə-gündüz təlatümlü biçimdə.
 
Qarabağ – bu torpaq itirildiyim yer,
Qarabağ – bu torpaq yenidən dönəcəyim yer,
Qarabağ – bu torpaq doğulduğum yer,
Qarabağ – bu torpaq öləcəyim yer.
 
İstanbul, Kozyatağı

Xəbər lenti