Biz imzaları yox, əsərləri dərc edirik...

“Qarabağ” beynəlxalq tədbirdə
292
18 İyun 2019, 09:27
 İsveçin paytaxtı Stokholm şəhərində müxtəlif ölkələrin mədəniyyətlərinin nümayiş olunduğu beynəlxalq tədbir keçirilib. Ölkəmizi tədbirdə İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən "Qarabağ” milli rəqs qrupu təmsil edib. 
 
 

 AZƏRTAC xəbər verir ki, yerli ictimaiyyətin mədəni istirahəti üçün keçirilən tədbirdə İsveçdə yaşayıb fəaliyyət göstərən müxtəlif xalqların nümayəndələri öz ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, rəqs və mətbəxini nümayiş etdiriblər.
 Tədbirdə uşaqlardan ibarət "Qarabağ” milli rəqs qrupumuzun çıxışı maraqla izlənilib.
 Qeyd edək ki, tədbirdə SAF-ın fəalları yerli ictimaiyyət nümayəndələrinə ölkəmiz barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.