Biz imzaları yox, əsərləri dərc edirik...

“Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq
271
16 Noyabr 2018, 17:00
 Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nailə Mehdiyevanın rus dilində işıq üzü görən "Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq.
 
 
 
 

 Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitab dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə dərc edilib.