İnsan təxəyyülü, yaradıcı qabiliyyəti, xəyal gücü inanmaqda çətinlik
çəkdiyimiz, lakin oxumağa, izləməyə doymadığımız hekayələr yazdırır. Xüsusi bir
janra aid edilməyən, dünyada milyonlarla oxucusu olan "vampir ədəbiyyatı”nın
tarixi orta əsrlər dövrünün sonuna təsadüf etsə də, uğurlu nümunələr XIX əsrdən
sonra yaranmağa başladı. Lakin ilk vampirlərə hələ antik yunan ədəbiyyatı
nümunələrində də rast gəlinirdi. İlk nümunələr də, orta əsrlər ədəbiyyatında da
vampirlər bəşəriyyətin başına gələn bəlaların günahkarı, səbəbkarı kimi təsvir
edilirdi. XIX əsrdən sonrakı nümunələrdə isə vampirləri daha insani, mənəvi
dünyası olan, hətta çox vaxt haqlının, günahsızın müdafiəçisi timsalında baş
qəhrəmanlar kimi görürük. Etiraf etmək lazımdır ki, süjetindən asılı olmayaraq,
mistik hekayələr, əfsanələr, qeyri-adi varlıqların əsas rol oynadığı dastanlar
və bunlardan qidalanan romanlar insan təxəyyülünün nələrə qadir olduğunun
uğurlu sübutlarıdır. Qeyri-adi varlıqların təsvir edildiyi nümunələr
bölgədən-bölgəyə, dildən-dilə keçdikcə, müəyyən dəyişikliyə məruz qalır,
regional şərtlərə uyğunlaşır. Bu dəfə təqdim edəcəyimiz siyahıda isə dünya
ədəbiyyatında ciddi yer tutan ən uğurlu "vampir ədəbiyyatı” nümunələri
toplanıb.

Bram Stoker – "Drakula” ("Dracula”)
Stefen Kinq – "Qorxu şəbəkəsi” ("Salem’s lot”)
Anna Ris – "Vampirlə söhbət”
("İnterview with the Vampire”)
Şeridan Le Fan – "Karmila” ("Carmilla”)
Elizabet Kostova – "Tarixçi”
("Historian”)
Kim Nyuman – "Qaniçənin gündəliyi”
("Anno Dracula”)
Kristi Qoldn – "Dumanların vampiri”
("Vampire of the mists”)
Kasandra Klar – "Sümüklər şəhəri”
("City of bones”)
Stefeni Meyer – "Alatoran” ("Twilight”)
Suzan Hubbard – "Risk mövsümü” ("The
season of risk”)
Hazırladı: Elcan Salmanqızı