Biz imzaları yox, əsərləri dərc edirik...

“Qan yaddaşı” adlı tədbir
586
14 Yanvar 2020, 12:22
 Yanvarın 18-də saat 12:00-da Abdulla Şaiqin Mənzil Muzeyinin və Leopold və Mstislav Rostropoviçlərin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Qanlı 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş "Qan yaddaşı” adlı tədbir keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən keçirilən tədbir Leopold və Mstislav Rostropoviçlərin Ev Muzeyində baş tutacaq.

 
 

 Tədbirə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, Bakı şəhərində yerləşən muzeylərin əməkdaşları, Xətai rayonu UPD qəsəbəsinin 58 saylı tam orta məktəbin müəllim və şagirdləri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagirdləri, Qanlı Yanvar hadisələrinin canlı şahidləri və KİV nümayəndələri dəvət olunublar. 
 Tədbiri giriş sözü ilə Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin direktoru Şeyla Heydərova açacaq, sonra Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə danışacaq. Abdulla Şaiqin Mənzil Muzeyinin elmi işçisi Arzu Tarverdiyeva, 58 saylı tam orta məktəbin direktor müavini və digər qonaqlar çıxış edəcəklər. Tədbirdə eyni zamanda 58 saylı tam orta məktəbin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edəcəklər. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri klassik musiqi nümunələri ifa edəcəklər. Tədbirdə mövzu ilə bağlı film və slayd-şou nümayiş etdiriləcək.