Biz imzaları yox, əsərləri dərc edirik...

Pianoçu Elçin Şirinov Bakıda
310
18 İyun 2019, 12:43
 İyunun 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Əməkdar artist, pianoçu Elçin Şirinovun caz kvarteti konsert proqramı ilə çıxış edəcək.
 
 

 AZƏRTAC xəbər verir ki, Goethe-Zentrum Bakının təşkilatçılığı ilə reallaşacaq konsertdə populyar caz-hitlər səsləndiriləcək.
 Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir.