Biz imzaları yox, əsərləri dərc edirik...

Parisə bilet aldıran filmlər
499
14 Yanvar 2020, 09:03
  Qərbdə xəyallar reallaşdırmaq üçün Şərqdə həqiqətdən qaçmaq üçün qurulur. Müəllifini unutduğum bu iddia ilə nə qədər razılaşdığınız başqa söhbətin mövzusudur. Həqiqət isə odur ki, iki dünyanın insanının bir-birinə çox uzaq inancları, düşüncələri var. Məsələn, film sevgilisiz, dostsuz izlənməz deyən Şərq insanına yalnızlıqdan zövq almaq anlayışı yaddır. Amma bütün uzaqlıqları, yadlıqları, ziddiyyətləri birləşdirən məkanlar da var. Məsələn, həm aşiqlərin, həm yalnızların şəhəri Paris kimi. Bir fincan kofe və bir isti şala bürünüb, xəyal qurduracaq Paris filmləri izləmək həm yalnızlara, həm aşiqlərə zövq verir. "HuffingtonPost”un kinomanları isə iddia edir ki, bu siyahıdakı filmlər nəinki xəyallara qapdıracaq, hətta sizə kor-koranə Paris bileti də aldıracaq.
 
 

  "Xəyalpərəstlər” ("The dreamers”)
  "Paris, səni sevirəm” ("Paris, Je t’aime”)
  "Gün batmadan” ("Before sunset”)
  "Üç rəng: Mavi” ("Three colors: Blue”)
  "Parisdə 2 gün” ("2 days in Paris”)
  "Parisdə həftəsonu” ("Le week-end”)
  "Parisdə gecəyarı” ("Midnight in Paris”)
  "Ratatul” ("Ratatouille”)
  "Şaneldən əvvəlki dəb” ("Coco before Chanel”)
  "Ameli” ("Amelie”)
 
  İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı