Biz imzaları yox, əsərləri dərc edirik...

Pantomima Teatrı yeni mövsümü “İt gəzdirən xanım”la açacaq
236
18 İyul 2018, 18:43
 Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü sentyabrın 15-də "İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək.
 

 
 Teatrdan AZƏRTAC-a bildirilib ki, bundan başqa, sənət ocağında sentyabrın 16-da "Pantomima buketi”, sentyabrın 22-də "Vuvana” və 23-də isə "Dejevu” tamaşaları oynanılacaq.
 Həmçinin, sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan "Qoca və Mələk”, 30-da isə maarifləndirici tamaşa olan "Fələkat və İnsan” tamaşaları izləniləcək.