Biz imzaları yox, əsərləri dərc edirik...

Pantomima Teatrı dekabr repertuarını açıqlayıb
372
15 Noyabr 2019, 13:47
   Azərbaycan Dövlət Pantomima Teatrı dekabr ayı maraqlı tamaşalarla çıxış edəcək.
 
 

  Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan "Ağ bığlılar” dekabrın 1-də, "Dejavü” dekabrın 7-də və "Adagio” isə dekabrın 8-də təqdim ediləcək. Həmçinin sənət ocağının səhnəsində dekabrın 14-də "Qoca və Mələk”, 15-də "Katarsis”, 21-də "Underground”, 22-də "6+1 nömrəli palata”, 28-də "Kişilər və qadınlar”, 29-da isə "İt gəzdirən xanım” tamaşaları göstəriləcək.
  Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da teatrsevərlərin ixtiyarına veriləcək.