Biz imzaları yox, əsərləri dərc edirik...

Pantomima Teatrı “d`Dorian”ı təqdim edəcək
42
07 Noyabr 2018, 15:48
  Noyabrın 11-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa  "d`Dorian” (musiqi ladlarından biri) tamaşası təqdim olunacaq.
 
 
 
 

  Teatrdan AZƏRTAC-a bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin "d Dorian” adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur.
  Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: onlar bir-birini görüblər, bəyəniblər, bələd olub vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan – musiqiçi olması da əlavə əngəl törədib  yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi gözündə qara eynək, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.