Biz imzaları yox, əsərləri dərc edirik...

Opera və Balet Teatrında “Şəhrizad”
265
14 Oktyabr 2019, 11:05
 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş "Şəhrizad” baleti nümayiş olunub.
 
 

 Teatrdan AZƏRTAC-a bildirilib ki, müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edib. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış ediblər.
 Balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.
Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunub.