Biz imzaları yox, əsərləri dərc edirik...

Opera ulduzları Bakıda
63
18 Aprel 2019, 09:51
 Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin "Toska” operası nümayiş ediləcək.

 
 
 
 Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Toska partiyasını İtaliyanın tanınmış opera müğənnisi Silvana Froli ifa edəcək. Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk canlandıracaq.
 Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov operada Skarpia rolunda çıxış edəcək.
 Səhnə əsəri tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.
 Operada, həmçinin teatrın solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov yer alacaqlar.