Biz imzaları yox, əsərləri dərc edirik...

“Nizami Gəncəvinin əsərlərindəki qadın surətləri” kitabı işıq üzü görüb
352
05 Aprel 2021, 13:25
 "Nizami Gəncəvinin əsərlərindəki qadın surətləri” adlı kitab işıq üzü görüb. Kitab cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami İli” elan edilməsi çərçivəsində "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə çap olunub.
  
 Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki qadın obrazlarının təhlilinə həsr olunan bu kitabda qadınların həyatımızdakı rolu, onların xilasedici missiyaları elmi-publisistik məqalələrdə geniş şəkildə əksini tapıb. Layihə rəhbəri və Ön sözün müəllifi filologiya elmləri doktoru, şair Sona Vəliyeva olan kitab "Zərdabi-Nəşr”də çapdan çıxıb.