Biz imzaları yox, əsərləri dərc edirik...

Nigar Arif beynəlxalq şeir festivalında
586
26 İyun 2020, 11:47
 Tanınmış gənc şairə Nigar Arif (Ağalarova) Kolumbiyanın Medillin şəhərində keçiriləcək beynəlxalq şeir festivalında ölkəmizi təmsil edəcək.
 Bu barədə şairə özü məlumat verib.
 
 
 Onun sözlərinə görə, bu dəfə COVID -19 pandemiyası ilə əlaqədar festival müəyyən proqramla onlayn şəkildə  təşkil ediləcək. Dünyanın ən böyük festivallarından sayılan, avqustun 1-dən sentyabrın 10-dək davam edəcək festivala 103 ölkədən 191 şair qatılacaq.
 "Festival çərçivəsində müxtəlif ölkələrdən olan şairlərlə görüşlər olacaq. Onlar canlı olaraq, şeirlərini səsləndirəcəklər. Ölkəmizi təmsil edəcək bir şəxs kimi, ilk dəvət alanlardan biri olduğum və dəvəti şəxsən festivalın yaradıcısı "Dünya festivallarının direktoru”, böyük şair Fernando Rendon tərəfindən aldığım, ölkəmizin ən böyük şairlərindən biri Ramiz Rövşənlə və eləcə də dünyanın digər mötəbər şəxsləri ilə birgə belə bir böyük festivalda iştirak edəcəyimə görə özümü çox xoşbəxt hiss edirəm. Çıxışım sentyabrın 1-də bizim saatla 20:00-da olacaq”, - deyə o qeyd edib.