Biz imzaları yox, əsərləri dərc edirik...

‘‘Netfix‘‘ şirkətinin Əlif Şəfəqin ‘‘Eşq‘‘ əsəri əsasında serial çəkicəyi gözlənilir
368
18 Oktyabr 2019, 10:27
  ‘‘Netfix‘‘ şirkəti Əlif Şəfəqin ‘‘Eşq‘‘ əsərini satın alıb. Kitab əsasında serial çəkiləcəyi gözlənilir.
  Teleqraf.com xəbər verir ki, serial layihəsinin nə zaman start götürəcəyi, orada kimlərin rol alacağı hələ açıqlanmayıb.
 
 

  Populyar ‘‘Eşq‘‘ romanı Türkiyədə 850 mindən artıq tirajla satılıb, 37 dilə tərcümə olunub. Kitabda hadisələr 2 hissəyə, 2 zamana ayrılır: Mövlanə Cəlaləddin Rumi və çağdaş dövr. Bütöv mətnin təməlində isə eşq dayanır.
  ‘‘Mən eşqi izah etmək istədim. Həm mənəvi, həm də dünyəvi ölçülərdə yazdım‘‘ – deyə yazıçı qeyd edib.