Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyada soyulan tək sən deyilsən – Tofiq Nurəlinin şeiri
1495
24 May 2019, 15:11
 Artkaspi.az saytı Tofiq Nurəlinin "Nəsimi" şeirini təqdim edir:

 İnadı zamanı laxladan babam,
 Taleyi dünyanı ağladan babam.
 Dünyada soyulan tək sən deyilsən,
 Çoxlarının yanında şükürlüsən sən hələ.
 Səni bıçaq-bıçaq,
                            əl-əl soydular,
 söz-söz,
                            misra-misra soyurlar indi.
 
 Soyub qurtarıblar Əli Kərimi,
 Soyublar,
              Soyublar Nazim Hikməti,
 Dörd yüz ildi Füzulini soyurlar...
 söz-söz,
              misra-misra soyurlar indi...
 Şairlər soyurlar biri-birini...
 Hələ neçələri soyulacaqdır...
 
 II
 
 Hələbin qapısında 
                       İki şaqqa Nəsimi – 
                       Şərqin qapısında sən.
 Nəsiminin taleyini dünya bilir – 
                         Nəsimi taleli Vətən!