Biz imzaları yox, əsərləri dərc edirik...

“Nəğməkar qız” adlı konsert təşkil olunacaq
466
12 Fevral 2018, 17:39
 Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində "Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq.
 
 

 AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzinin və "Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədova çıxış edəcək.
 Konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına "Dan Ulduzu” instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Əməkdar Artist Tariyel Abbasovdur.