Biz imzaları yox, əsərləri dərc edirik...

“Nağılların rəng dünyası” tədbiri
522
24 May 2019, 16:16
 Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mər- kəzinin birgə təşkilatçılığı ilə 27 May 2019-cu il tarixində saat 14:00- da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  "21 May – Ümumdünya Mədəni Müxtəliflik Günü” ilə əlaqədar "Nağılların rəng dünyası” adlı tədbir keçiriləcək.

 Tədbirin keçirilməsində əsas məqsəd, mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, həmçinin  uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirməklə nağılları yaşatmaqdır.

Tədbirdə uşaq yazıçıları və digər rəsmi qonaqların iştirakı nəzərdə tututlub. Uşaqların iştirakı ilə musiqili nağıl tamaşa  və  Gənc Tamaşaçılar Teatrının foyesində dünya xalqlarının nağıllarını əks etdirən maraqlı uşaq kitab sərgisi nümayiş olunacaqdır.