Biz imzaları yox, əsərləri dərc edirik...

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb
485
24 Mart 2020, 08:55
 Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər aprelin 29-dək ziyarətçilər üçün bağlanılıb.

 Nazirlikdən AZƏRTAC-a bildirilib ki, buna baxmayaraq, muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradılıb.