Biz imzaları yox, əsərləri dərc edirik...

“Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası onlayn göstəriləcək
478
25 İyun 2020, 19:28
 Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədəki hesabları vasitəsilə "Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını iyunun 27-də saat 12:00-da onlayn nümayiş etdirəcək.
 
 

 AZƏRTAC xəbər verir ki, səhnə əsəri quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.
 Tamaşa M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsəri əsasında səhnələşdirilib.