Biz imzaları yox, əsərləri dərc edirik...

“Müsyo Jordan və dərviş Məstəli şah” onlayn göstəriləcək
377
20 May 2020, 17:20
 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-də "Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
 AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.
 
 

 Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün qulluqçu Xanpərinin vasitəsi ilə cadugər Məstəli şahla Qulaməlini tapır. Bu kişinin cadusu ilə Parisin "dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Lakin bu "şad xəbər” evin xanımlarının ürəyincə olur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb.