Biz imzaları yox, əsərləri dərc edirik...

“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
169
19 Noyabr 2018, 10:43
 Dekabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqə həsr olunmuş "Müşfiqli dünya” adlı ədəbi-bədii gecə keçiriləcək.
 
 
 

 Saraydan AZƏRTAC-a bildirilib ki, "Mədəniyyət” kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək gecədə şairin sözlərinə yazılan nəğmələr səslənəcək.
 Biletləri Heydər Əliyev Sarayının kassasından, www.iticket.az saytından onlayn və "ASAN xidmət” mərkəzlərindən, "Gənclik” və "28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.