Biz imzaları yox, əsərləri dərc edirik...

“Mücrü” uşaq jurnalının payız sayı
620
18 Sentyabr 2020, 11:17
 "Mücrü” uşaq jurnalının payız sayı çap olunub. Jurnalın ikinci nömrəsi həm də  15 sentyabr "Bilik günü” nə həsr olunub.
 Bu nömrədə də uşaqlar bir-birindən maraqlı hekayələr, şeirlər, nağıllar oxuya biləcək, öz yaşıdlarının mətnləriylə, çəkdikləri şəkillərlə yaxından tanış olacaqlar. Həmçinin, sevimli uşaq yazarları yeni nağıllar, şeirlərlə onların görüşünə gələcək. 

 "Mücrü”nün sentyabr sayında Reyhan Yusifqızı, Nərmin Kamal, Nur İşıq, Fərid  Hüseyn, Günel Rəcəb, Təranə Qurbanlı,  Əfrsanə Laçın, Mina Rəşid kimi yazarların  uşaqlar üçün qələmə aldığı mətnlər çap olunacaq. Ən gözəl insani duyğuların əks olunduğu bu mətnlərdə müəlliflər balaca oxuculara xeyirxahlıq, dürüstlük, cəsarət, özünəinam hissləri aşılamağa çalışırlar. 
 Rüblük nəşr  olunan jurnalın növbəti sayının yanvar ayında çap olunacağı planlaşdırılır. 
 Xatırladaq ki, "Mücrü” jurnalının təsisçisi Müşfiq Xan, baş redaktoru Sevinc Elsevərdir. 
 Qeyd edək ki, jurnalı "Mücrü" nəşriyyatından əldə edə bilərsiniz.

Xəbər lenti