Biz imzaları yox, əsərləri dərc edirik...

“Müasir Azərbaycan Qadını-5” layihəsinin ilk görüşü
197
17 Fevral 2020, 17:39
 "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi  tərəfindən  təşkil edilən "Müasir Azərbaycan Qadını-5” layihəsinin ilk görüşü keçirilib.
 Tədbiri açıq elan edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qonaqları salamlayaraq ekspertləri təqdim edib və layihənin məqsədi haqqında məlumat verib.
 "Müasir Azərbaycan Qadını-5” layihəsinin ilk görüşündə ssenarist, prodüser Müşfiq Abbasov,  aktyor, Əməkdar artist  Coşqun Rəhimov, xanəndə, Xalq artisti Mələkxanım Əyyubova ekspert qismində iştirak edərək, qadınları maraqlandıran sualları cavablandırıb və öz həyat hekayələrindən danışıblar.
 Keçirilən görüşdə qadınları ən çox narahat edən problemlərə toxunaraq, psixoloji maarifləndirmə aparılıb və onlara məsləhətlər verilib.
 Tədbirin sonunda "Bu Şəhərdə” komandasına layihəyə verdikləri dəstəyə görə Təşəkkürnamə təqdim edilib. 
Nəzərinizə çatdıraq ki, qeydiyyat davam edir. 
 Bu layihədə problem və psixoloji sıxıntılardan, bacarıq və qabiliyyətlərini reallaşdırmaqda çətinlik çəkənlər və ümumiyyətlə cəmiyyətdə özünü təsdiq etmək istəyən xanımlarımız iştirak edə bilərlər.
 Qeyd edək ki, layihənin əsas məqsədi psixoloji gərginlik yaşayan qadınlara dəstək olmaq, qadınların sosiallaşmasına kömək etmək, cəmiyyətimiz üçün təhsilli qadınların artırılmasına təkan vermək, öz biznesini qurmaq istəyən qadınlara düzgün biznes strategiyasını anlatmaq və psixoloji problemlərdən dolayı öz uğurunun ardınca gedə bilməyən qadınlara kömək etməkdir.