Biz imzaları yox, əsərləri dərc edirik...

Misirdə Novruz bayramı
109
19 Mart 2019, 10:03
 Misirdə Novruz bayramı "Vətənpərvər"  Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Novruz bayramı ilə əlaqədar tədbir keçirib. Tədbirdə, MƏR-dəki səfirliyin əməkdaşları, diaspor fəalları, media nümayəndələri, misirli tələbələr və misirdə təhsil alan xarici tələbələr iştirak ediblər.
  
 Tədbirdə ilk çıxış edən birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov, qonaqları salamlayaraq, Novruz bayramının tarixindən, novruz adət ənənələrdən geniş söhbət açıb. Sonra Azərbaycanın MƏR-dəki səfirliyin müşaviri Azər Abasov qonaqları salamlayaraq bayramlarını təbrik edib Bu tədbirlərin Azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsi və Azərbaycanın adət-ənənələrinin təbliği yönəmində çox önəmlı olduğunu qeyd edib.
 "Qarabağ həqiqətləri" kitabının müəllifi misirli tədqiqatçı Əhməd Əbduh Trabeki Misirlə Azərbaycan arasında ta qədimdən bu günə qədər yüksək əlaqələrin olmasından geniş söhbət açıb. Daha sonra Azərbaycanda 8 il təhsil alan fəlsəfə doktoru xanım Mona Zidan Azərbaycan müsiqisini ifa edərək, milli geyimimiz və xalqımızın qonaqpərvərliyindən söhbət açıb.
 
 

 
 Tədbirin sonunda Diaspora məkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr Novruz bayramına aid şeirlər söyləyərək azərbaycanlıları bayram münasibəti ilə təbrik ediblər. Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxi, xüsüsilə də, bayram süfrəsi qonaqlara təqdim olunub.