Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Konservatoriya Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
274
31 Mart 2020, 11:16
 Azərbaycan Milli Konservatoriyası (AMK) ölkə başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.
 AMK-dan AZƏRTAC-a bildirilib ki, konservatoriya vətəndaşları, xüsusilə ali məktəbin müəllim və tələbə heyətini koronavirusla mübarizədə aktiv olmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa çağırır.