Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada “Qarabağ xalçaları” sərgisi açılıb
500
22 Oktyabr 2020, 12:01
 Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ən mühüm özəlliklərindən biri özünəməxsus xalçaçılıq məktəbinin formalaşmasıdır. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir.
 

 
 Qarabağ xalçaları və xalça kompozisiyası əsasında toxunan tikmələr bu gün dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin və muzeylərin sənət əsərləri içərisində ən dəyərli, nadir incilər kimi saxlanılır və nümayiş edilir. Bu inciləri virtual istifadəçilərə çatdırmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Qarabağ xalçaları” adlı onlayn sərgi hazırlayıb.
 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Qarabağın ən qədim xalçaları, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb. Sərgi Azərbaycan və ingilis dillərində təqdim olunur.
 Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalcalari/index.htm linkindən istifadə edə bilərlər.