Biz imzaları yox, əsərləri dərc edirik...

Anara həsr edilmiş sərgi
336
14 Mart 2018, 15:20
 Martın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ssenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın anadan olmasının 80 illik yubileyi münasibətilə "Xalq yazıçısı Anar” adlı kitab sərgisi açılıb.
 
 

 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə müəllifi olduğu əsərləri, məsləhətçisi, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, "Ön söz” yazdığı kitablar, eləcə də ayrı-ayrı müəlliflər tərəfindən yazıçı haqqında yazılmış dəyərli kitablar və dövri mətbuat materialları sərgilənir.
 Milli Kitabxana tərəfindən açılmış sərgi həftə ərzində davam edəcək.