Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada “Abdulla Şaiq – 140” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
529
24 Fevral 2021, 11:02
 Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Abdulla Şaiq – 140” adlı virtual sərgi hazırlanıb.
 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələr təqdim olunur.
 
 

 Bu il XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyidir. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli "Əsrimizin qəhrəmanları”, "Araz”, "Qafqaz çiçəyi”, "Məktub yetişmədi”, "Köç” və s. kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları tərəfindən maraqla izlənib və daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər və valideynlər üçün mühüm vasitəyə çevrilib.
 Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Abdulla_Saiq_140/index.htm linkindən istifadə edə bilərlər.