Biz imzaları yox, əsərləri dərc edirik...

“Miles Franklin” mükafatının qalibi
388
08 Avqust 2019, 11:15
 Avstraliyanın beynəlxalq nüfuzlu ədəbi mükafatı "Miles Franklin”-in builki qalibi Melissa Lukaşenko olub. Müsabiqənin ilk günündən "riskli”, "təhlükəli” kimi dəyərləndirilən, dünyada əsl gücün haradan və necə qidalandığına işıq tutan "Too much lip” romanı Avstraliyanın ən zəngin ədəbiyyat fondundan ayrılan 60000 dollar məbləğində mükafatına da layiq görülüb.
 
 
 
 Xanım Lukaşenko "HuffingtonPost” dərgisinə açıqlamasında deyib: "Həqiqət haqqında danışırmış kimi davranıb, həqiqəti danışmamaq dövrün trendidir. Bəlkə, trendə uyğun olmadığı üçün münsiflər onu "riskli” kimi dəyərləndirmişdi. "Ağ adam” sinfinin çoxdandır dünyanın idarəçisi olmadığı, indi dünyanın qaradərililərin və qıyıqgözlülərin ixtiyarında olduğunu iddia edib, bunun üzərində hekayə yaratmış və həqiqəti addım-addım nümayişə çıxarmışam. Mən ədəbiyyatın başqa formasını bilmirəm. Bu kitab həyatımın 8 illik araşdırması, 2 illik gərgin yazı dövrü hesabına ərsəyə gəlib. Layiq olduğu yeri münsiflər verməsəydi də, oxucu verəcəkdi.   Müsabiqədən qalibiyyət gözləmirdim, məqsədim tanınmaq idi. Amma etiraf edim ki, həyatda ən çox gözlənilməyən sevinc, uğur unudulmur”.
 Mükafat Sindeydə təntənəli mərasimlə təqdim olunub.
 "Həyat yaşadıqlarımızın yox, seçimlərimizin hekayəsidir”
 
 Elcan Salmanqızı