Biz imzaları yox, əsərləri dərc edirik...

Mikayıl Müşfiq yaradıcılığına müraciətlə videoçarxlar
194
22 May 2020, 17:22
 Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış Mikayıl Müşfiq yaradıcılığına müraciət edərək videoçarxlar hazırlayıb.
 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxlarda şairin yazdığı kitablar nümayiş olunur və Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvü, gənc yazar Saleh Səbat böyük şair M.Müşfiqin yazdığı "Gecə düşüncəsi" adlı şeirini səsləndirib.

 Mikayıl Müşfiq öz əsərlərində sevgi və gözəlliyi tərənnüm edib. Onun şeirlərində sosial və mədəni məsələlərə dair fikirlər ifadə olunub. Stalin repressiyasının qurbanı olan şair yaradıcılığının çiçəkləndiyi dövrdə - 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Mikayıl Müşfiq ölkəmizdə əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.