Biz imzaları yox, əsərləri dərc edirik...

“Ümid yeri” uşaq sığınacağının sakinləri üçün virtual tur
375
02 İyun 2020, 14:42
 "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər” Muzey Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün virtual tur təşkil edib.
 
 

 İdarədən AZƏRTAC-a bildirilib ki, "Ümid yeri” uşaq sığınacağında keçirilən tədbirdə sığınacağın sakinləri üçün Bakının simvolu - tarixi "Qız qalası" olduqca maraqlı virtual tur şəklində nümayiş olunub.
Tədbirdə uşaqlar "World Heritage 3D Scanning” proqramı vasitəsilə Qız qalasına ilk dəfə virtual səyahət edərək, bütün mərtəbələri gəzib və abidə haqqında ətraflı məlumatlar əldə ediblər.
 Daha sonra uşaqlar üçün "İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı tərəfindən İçərişəhərin digər abidələri haqqında canlı məruzə-ekskursiya təşkil olunub. Tədbirin sonunda "İçərişəhər” Qoruq İdarəsi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
 
 

 Xatırladaq ki, "World Heritage 3D Scanning” proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi "İçərişəhər” Muzey Mərkəzinin təşəbbüsü və Almaniyanın "EKМ Global Consulting GmbH” və "3D Scanning Project” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.