Biz imzaları yox, əsərləri dərc edirik...

“Mənim yay tətilim-2020” Uşaq Rəsm Müsabiqəsinə qeydiyyat başa çatıb
79
16 Oktyabr 2020, 12:27
 Mədəniyyət və Təhsil nazirlikləri, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən "Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsinə qeydiyyat başa çatıb.

 AZƏRTAC xəbər verir ki, seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaşarası) keçirilib. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb.
 Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
 Müsabiqəyə AZƏRTAC da informasiya dəstəyi verib.

Xəbər lenti