Biz imzaları yox, əsərləri dərc edirik...

“Mənim ağ göyərçinim” tamaşası onlayn göstəriləcək
555
18 Yanvar 2021, 11:54
 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu "Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa yanvarın 18-də saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.
 
 

 AZƏRTAC xəbər verir ki, səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
 Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.