Biz imzaları yox, əsərləri dərc edirik...

Meksikanın məşhur incəsənət xadimi Sonia Amelio ölkəmizə həmrəyliyini ifadə edib
370
15 Oktyabr 2020, 10:09
 Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciət yayıb.
 
 

 Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.
 Qeyd edilir ki, o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Xəbər lenti