Biz imzaları yox, əsərləri dərc edirik...

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb
173
19 Noyabr 2018, 15:24
  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
 
 
 


  Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yeni qurum Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin əsasında təşkil olunub.
  Nazirliyin təklifi əsasında yaradılan mərkəzin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.
  Mədəniyyət Nazirliyinə bir ay müddətində mərkəzin Əsasnaməsini və strukturunu təsdiq etmək və qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.