Biz imzaları yox, əsərləri dərc edirik...

Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
534
07 Avqust 2020, 11:48
 Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib.
 Müraciətdə ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbi olduğu qeyd edilir.
Bildirilir ki, Azərbaycan xalqının zəngin mədəni və mənəvi irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyət sahəsinin bütün istiqamətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.
 
 

 İslahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması və sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır.
Bu məqsədlə aşağıdakı suallar ətrafında rəy və təklifləri [email protected]  e-mail ünvanına göndərmək nazirlik tərəfindən xahiş olunur.
 1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?
 2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?
 3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?
 Mədəniyyət Nazirliyi rəy və təkliflərin mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olduğunu düşünür.