Biz imzaları yox, əsərləri dərc edirik...

“Man Booker” mükafatının 50 illiyi
213
22 İyun 2018, 14:30
 Dünyanın nüfuzlu ədəbiyyat mükafatlarından "Man Booker”in təsis edilməsinin 50 ili tamam olur. Bu münasibətlə mükafat fondu hər il təqdim olunan ənənəvi nominasiyalara bu ilə məxsus birini də əlavə etdi. Fondun rəsmi səhifəsində yer alan xəbərə görə, "Golden Man Booker” mükafatı uğrunda 50 ildə "Man Booker” almış əsərlər mübarizə aparıb.
 

 
 Digər nominasiyalardan fərqli olaraq, mükafatın qalibi cari ilin iyul ayında London Ədəbiyyat sərgisində açıqlanacaq. Mükafatın ötən həftə keçirilən təqdimetmə mərasimində "Golden Man Booker”in qısa siyahısı elan edildi. Mükafat uğrunda mübarizə aparacaq beş ən yaxşı romanın adı bəlli olub. Siyahıya ötən il Paul Auster, Ali Smits kimi məşhur yazarları arxa planda qoyaraq qalib olan, Corc Sondersin "Linkoln Bardoda” romanı başçılıq edir. Məlumat üçün onu da bildirək ki, Corc Sonders sadəcə kitabı ilə yox, elə fərdi keyfiyyətləri ilə də hər zaman ictimai-mədəni çevrənin diqqət mərkəzində durur. "Time” dərgisi onu "Əsrin 100 təsirli siması” siyahısına daxil etmişdi. 
 "Golden Man Booker”-in qısa siyahının davamı:

 Naypol – "Azadlıq halı” ("İn a free state”)
 Penelopa Layvli – "Gecə bələdçisi” ("Moon tiger”)
 Maykl Ondatje – "İngilisdilli xəstə” ("The english patient”)
 Hilari Mantel – "Qurd izi” ("Wolf Hall”)

 Hazırladı: Elcan Salmanqızı