Biz imzaları yox, əsərləri dərc edirik...

“Öldürsənə məni, Caniko”nun premyerası olub
47
09 İyul 2018, 17:36
  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin "Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
 


  AZƏRTAC xəbər verir ki, tamaşa aktyor Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti isə Sona Mustafayevadır.
  Tamaşa dəfələrlə müxtəlif quruluşda və səhnələrdə təqdim olunub. Əsərin əsas janrı komediya olsa da, tənhalıqdan bəhs edən faciədir. Tamaşanın əsas məğzini uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Diha təmsil edir. Onlar məcburiyyət qarşısında binanın zirzəmisində yaşayırlar. İki tənha qadının gündəlik həyatından bəhs edən tamaşa onların tənhalıqlarını dilə gətirib tamaşaçıya çatdırır.
  Səhnə əsərində rolları Xalq Artisti Naibə Allahverdiyeva, Əməkdar Artist Qəmbər Məmmədov, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhmən Həsənov, Anar Seyfullayev və Anar Səfiyev ifa ediblər.