Biz imzaları yox, əsərləri dərc edirik...

Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
548
25 Yanvar 2021, 11:35
 Yanvarın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan "Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.
 
 

 AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xüdbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.
 Qeyd edək ki, tamaşa teatrın "YouTube” kanalında saat 12-də yayımlanacaq.