Biz imzaları yox, əsərləri dərc edirik...

Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
208
07 İyul 2020, 17:57
 İyulun 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan "Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.
 
 

 AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xudbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.
 Qeyd edək ki, tamaşa teatrın "YouTube” kanalında saat 12.00-da yayımlanacaq.