Biz imzaları yox, əsərləri dərc edirik...

Kitabxana “Qarabağ mədəniyyətimizin beşiyi” adlı layihəyə qoşulub
554
22 Oktyabr 2020, 12:07
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Qarabağ mədəniyyətimizin beşiyi” adlı layihəyə qoşularaq mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan və rus dillərində hazırlanan məlumatları və videoçarxları təqdim edəcək.
 
 İdarədən AZƏRTAC-a bildirilib ki, təbliğat materialları kitabxananın "Facebook”, "Instagram”, "Twitter” səhifələrində və "YouTube” kanalında yayımlanacaq.
 İlk olaraq Ağdam Cümə məscidi haqqında videoçarxlar nümayiş olunub.