Biz imzaları yox, əsərləri dərc edirik...

“Kitabxana – koronavirusa yox deyir!” adlı layihə davam edir
386
14 İyul 2020, 10:53
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının "Kitabxana – koronavirusa yox deyir!” adlı layihəsi çərçivəsində keçirilən "Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bu günədək bir çox tanınmış şair və yazıçılar qoşularaq əsərlərini təqdim ediblər.

 İdarədən AZƏRTAC-a bildirilib ki, dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq kitabxana oxuculara virtual xidmət göstərir.
 Şair-qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin, "Məcməüş-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) yeni yazdığı "Özümüz qanmalıyıq” şeirini kitabxanaya təqdim edib və insanları ehtiyatlı olmağa səsləyib.