Biz imzaları yox, əsərləri dərc edirik...

"Kaspi" nəşrləri"ndən yeni kitab - “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması
500
24 Fevral 2020, 12:07
  "Kaspi  nəşrləri” seriyasından növbəti kitab çap olunub. "Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" "Zərdabi” nəşriyyatında işıq üzü görüb. Kitabda məşhur dastanın üçüncü əlyazması yer almaqdadır.
 
 

  Qeyd edək ki, "Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru Sona Vəliyevadır. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvi, Əməkdar elm xadimi Kamran Əliyevdir.  Transliteriya və qeydlər isə filologiya elmləri doktoru Ələddin Məlikova məxsusdur. 
  Kitab "Kaspi” Təhsil Şirkəti və "Kaspi” qəzetinin dəstəyi ilə çap olunmuşdur.