Biz imzaları yox, əsərləri dərc edirik...

Kitab və ədəbiyyat haqqında aforizmlər
1353
22 Sentyabr 2020, 10:36
Artkaspi.az saytı Xanım Aydının tərcüməsinə kitab və ədəbiyyat haqqında aforizmləri təqdim edir:
 
 
· Öz tayını tapmayan eybəcər, oxucusunu tapmayan cəfəngiyat yoxdur. 
·  Müxtəsərlik istedadın bacısıdır.
· Yazı sənəti ixtisara salmaq sənətidir. 
·  Yazıçı çox yazmalıdır, lakin tələsməməlidir.
 
Anton Pavloviç Çexov
 
***
 
· Fakt olan hər bir şey təsvir olunmağa layiq deyil.
· Bütün janrlar yaxşıdır, bircə darıxdırıcı olmasın.
 
Volter
 
 
 
***
 
Yaxşı üslubda böyük zəhmətin izləri görünməməlidir. Yazılan mətn xoş təsadüfə bənzəməlidir. 
Somerset Moem
 
***
 
Yazıçıların çoxu həqiqəti özlərinin ən dəyərli varı hesab edirlər. Buna görə də ondan belə qənaətlə istifadə edirlər.
Mark Tven
 
 ***  
 
Ən yeni və ən orijinal kitab köhnə həqiqətləri sevdirən kitablardır.
 Lük de Klapye Vovenarq
 
***
 
· Yazıçı xalqla qan bağını dərindən hiss edəndə bu ona gözəllik və güc verir.
· Kitab oxuyanda bir şeyi bil. Kitab öz yerində, amma beynini də işlətməyi yaddan çıxarma.
· Kitab ölü bir şeydir. Necə istəsən götür, sındır, cır, dağıt, qışqırmaz... Həyatsa, elə bir balaca səhv addım atan kimi, səhv yer tutan kimi minlərlə səs ucalacaq üstünə, hələ bir döyüb əldən də salacaqlar.
 
Maksim Qorki
 
***
 
...Onlar (şairlər) elə də saf adam deyillər: onlar dərin görünmək üçün suyu bulandırırlar.
Fridrix Nitsşe
 
***
 
Zaman keçsə də deyilən sözlər qalır.
 
Lev Nikolayeviç Tolstoy
 
***
 
Ən yaxşı dostum oxumadığım kitabı mənə hədiyyə edəndir. 
Avraam Linkoln
 
***
 
· Hər bir yazıçı əsərlərində özündən asılı olmayaraq elə özünü təsvir edir.
· Hər gün heç olmasa bir musiqi dinləmək, gözəl bir rəsmə baxmaq və əgər mümkündürsə hansısa bir müdrik kəlam oxumaq lazımdır.
· Yeni dövrün  yazıçıları bizə yeni bir şey təqdim etdiklərinə görə yox, olanları heç vaxt eşitmədiyimiz tərzdə təqdim etdiklərinə görə orijinal yazıçı sayılırlar. 
 
İohann Volfqanq Höte
 
***
 
Bütün sözləri böyük hərflərə yazılmış kitabı oxumaq çətindir. Həyatla da belədir: bütün günləri bazar günü olan həyat insana çətin görünür.
 
Jan Pol
 
***
 
Melodiya hər bir şeyin canıdır. Düşüncəsiz poeziya, melodiyasız isə musiqi yoxdur... 
Vladimir Vasilyeviç Stasov  
 
***
 
Böyük, bəşəri və sosial prblemləri düşünənlər yazmalıdır. 
Con Qolsuorsi
 
***
 
Çap olunan bir cəfəngiyat iki nəfərdə ondan daha yaxşı yazmağı haqqında fikir yaradır. Bu iki nəfər də yazıb çap olunandan sonra artıq daha özü kimi dörd nəfəri yazmağa həvəsləndirir.
 
Vladimir Vladimiroviç Mayakovski
 
***
 
· Rəsm gözlə görünən poeziyadır. Poeziya isə eşidilə bilən rəsm əsəridir.        
·  Yaratmaqdan yüksək həzz ola bilməz.
·  Yazıçının yalnız bir müəllimi var, o da oxucusu.
 
Nikolay Vasilyeviç Qoqol
 
***
 
Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalan şeyləri həyat özü edəcək.
Fyodor Mixayloviç Dostoyevski
 
 *** 
 
Mahnı yazanda mənim üçün ən vacibi musiqi bəstələmək deyil, şairin gizli məramını göstərə bilməkdir.
 
Edvard Qriq
 
***
 
...işdən çıxıb yazsan, nəylə dolanasan? İşləyib, eyni zamanda da yazasan, bəs onda nə vaxt yaşayasan?
Mixail Jvanetski
 
***
 
Kitablarda xüsusi bir heyranlıq var; onlar bizdə həzz duyğusu yaradır: bizimlə söhbət edir, məsləhət verir, canlı dostumuza çevrilirlər.
 
Françesko Petrarka 
 
***    
 
Elə insanlar var ki, onlar  ancaq yazıçıda səhv tutmaq üçün oxuyur.
Lük de Klapye Vovenarq
 
***
 
· Mütaliə keçmiş zamanların ən yaxşı insanları ilə söhbətdir. Bu söhbətdə onlar bizə ən yaxşı düşüncələrini çatdırırlar.
· Ötən əsrlərin yazıçıları ilə həmsöhbət olmaq, həmin dövrlərə səyahət etməyə bərabərdir.
 
Rene Dekart
 
 ***
 
Bütün şairlər belədir. Onlar özləri özləriylə səsli danışır, dünya isə onları dinləyir. Başqasının səsini eşidə bilməmək dəhşətli yalnızlıqdır. 
 
Corc Bernard Şou 
 
***
 
· Nəfis şəkildə tərtib olunan boş kitab həyatın bütün maddi imkanları olan boş adamla eynidir.
· Hislər özü özlüyündə poeziya deyil. Lazımdır ki, hislər ideyayla doğulsun, ideya ifadə etsin. Mənasız hislər heyvanlara xasdır, onlar insanı alçaldır.
· Ən nəhəng xəzinə yaxşı kitabxanadır.
· Dil yaratmaq mümkün deyil, onu xalq yaradır: filoloqlar onun qaydalarını açır, sistemləşdirir. Yazıçılar isə dildə qanunlarla yaradırlar.
· Poeziya ən yüksək incəsənətdir.
·          Şeir yazmaq hələ şair olmaq deyil. Kitab dükanlarında buna onlarla sübut var.
Vissarion Qriqoryeviç Belinski
 
***
 
Kitablar zaman dalğalarında dəyərli yükünü  nəsillərdən nəsillərə aparan səyahət  gəmilərdir. 
Bekon Frensis
 
 ***
 
 Əsl prozanı yazmaqdan ötrü poetik istedada da malik olmaq lazımdır.
Henrix Heyne
 
***
 
Şair doğulmayan insan nə qədər zəhmət çəksə də,  nə qədər çalışsa da şair ola bilməyəcək.
Valeri Yakovleviç Brüsov
 
 ***
Əgər ölüm olmasaydı, həyat  poeziyadan məhrum olardı.
 
Arturo Qraf
 
***    
 
Yazıçı qarşısına ancaq böyük məqsədləri qoymalı, ancaq böyük nailiyyətlər haqqında düşünməlidir. Kiçik qüvvəsindən utanmadan cəsarətli olmalıdır. 
Aleksandr Aleksandroviç Blok
 
***
 
· Söz gözəldir, çünki insan sözlə xatirə yazır. 
· Biz yer üzündən gedirik, sözümüzsə əbədi qalır.
 
 Məhəmməd ibn Əli-Səmərqəndi
 
***
 
Mən ona görə özümdən çox yazıram ki, özümü daha yaxşı tanıyıram 
İstənilən insanın yaratdığı – ədəbiyyat, musiqi və ya heykəltəraşlıq, hər bir şey mütləq şəkildə avtoportretdir.
İncəsənət və ədəbiyyatın da əsasında eynən müharibə kimi pul dayanır. 
 
Semüel Batler
 
***   
 
Oxucunun gözləri dinləyicinin qulaqlarından daha qəddar hakimdir.
Volter  
 
 *** 
 
Laura Petrarkanın həyat yoldaşı olsaydı, bütün ömrünü ona sonet yazardımı?
Corc Qordon Bayron
 
*** 
 
· Prozada yerdə möhkəm dayanmalı, poeziyada sonsuz göylərə qalxmalıyıq. 
· Üslubu sözlər yox, ideyalar yaradır.
· Məqsədi oxucuları  əyləndirmək olmayan hər bir yazıçı dövrünün adət-ənənələrini yaxşılaşdırmalıdır. 
· Bir qisim şairlər hiss edirlər, ikinci qisim şairlər ifadə edirlər. Birincilər daha çox xoşbəxtdirlər.
Onore de Balzak
 
***
 
· Anadangəlmə şairə şüur, dərrakə dövründə doğulmaqdan pis heç nə ola bilməz.
· Poeziyada ideya hər şeydir... Poeziya hisləri ideyaya qoyur...
Arnold Metü
 
***
 
 Yazıçılıq evlilik kimidir. Özün öz xoşbəxtliyinə təəccüblənməyənə qədər heç bir halda qətiyyətli addım atmaq olmaz. 
Ayris Merdok
 
***
 
Ədəbiyyat xalqın silahına çevrilmədir – şimşək kimi qorxunc və çörək kimi sadə.
Jorj Amadu
 
***
 
Ağıl üçün mütaliə, bədən üçün gimnastika kimi bir şeydir.
Jozef Addison   
 
***
 
Savadlı insan oxumur, yenidən təkrar oxuyur.
Corc Elqozi
 
*** 
 
Kitab bütün biliklərin alfa və omeqasıdır, bütün biliklərin ən əvvəlidir.
Stefan Sveyq   
 
***
 
Şeir yazmaq iş deyil, hal-əhvaldır.
 
Robert Muzil  
***
 
· Yazıçı əqidəsi mətin olanda mövcud olur.
· Poeziya ruh halının ifadəsidir.
 
Anri Berqson
 
***
 
Bir bədii əsər ilk baxışda, digəri isə onuncu baxışdan xoşa gəlir.
Horatsi
 

 
Fikirlər uçur, sözlər addımlayır. Yazıçının dramı bax bundadır.
Con Qrin
 
***
 
· Romançı da olmaq olar, tarixçi də. Amma dramaturq olmaq olmur, gərək elə doğulasan.
· Yazıçı təxəyyülü real hislərdən doğulur.
Andre Morua
 
***
 
Prozanın əsas üstünlüyü dəqiqlik və yığcamlıqdır. Onun əsas tələbi fikir və yenə də fikirdir. Fikir olmadan gözəl sözlərin heç bir mənası yoxdur. 
Aleksandr Sergeyeviç Puşkin
 
***
 
Satira elə bir güzgüdür ki, insanlar orda özlərindən başqa hamını görürlər. 
Conatan Svift
 
***
 
Yazıçı dən düşən saçlarıyla yox, düşüncəsiylə yaradır.
Megel de Servantes
 
***
 
Yazıçının əsas üstünlüyü nəyi yazmaq lazım olmadığını bilməsidir.
Forma və məzmun bir-birindən ayrı mövcud ola bilməz.
 
Qustav Flober
 
***
· Proza arxitekturadır, dekorçu sənəti deyil.
· Dünyada insan haqqında sadə, həqiqi proza yazmaqdan çətin heç nə yoxdur.
Ernest Heminquey