Biz imzaları yox, əsərləri dərc edirik...

Kimlər daha çox şeir oxuyur?!
412
22 İyul 2019, 10:18
  Dünyanın ən böyük beynəlxalq poeziya platforması "Lyrikline” bu il 20 yaşını qeyd edir. 84 dildə 1375 şairin bədii irsini özündə birləşdirən və gündən-günə böyüyən platforma yubiley tədbirləri çərçivəsində bir çox mükafatlar təsis etməklə yanaşı, bir-birindən maraqlı sorğular da reallaşdırıb. 18500 bədii tərcümənin, 12312 orijinal dilli şeirin mühafizəsi və bir çoxunun yayım hüququnun qorunması ilə məşğul olan qurum 2002-ci ildən bəri YUNESKO-nun birbaşa dəstəyi ilə fəaliyyət göstərir. BMT-nin Mədəniyyətlərarası Dialoq İlində "müasir, sərhədlər aşan mədəni qovuşmanın mükəmməl üsulu” kimi təqdim edilmiş və beynəlxalq arenada tanıtdırılımış proyekt "Qrim” mədəniyyət mükafatına layiq görülüb. 2008-ci ildə isə Almaniya nüfuzlu "İdeyalar ölkəsi tarixinin dönüş nöqtəsi” statusunu məhz "Lyrikline”-a təqdim edib. Dünyaya çıxış əldə etməyə çalışan şairlərin təmsil olunmaq istədikləri əsas meydanlardan biri olan platformanın 179 ölkədən qeydiyyatlı oxucuları var.
  Hər il iyun ayında təşkil olunan Berlin Şeir Festivalında hesabatlarını, yeni üzvlərini, sorğularını açıqlayan, mükafatlarını təqdim edən qurum bu il də ənənəyə sadiq qalıb.  Ötən ilin iyun ayından cari ilin may ayına kimi keçirilən onlayn və yazılı sorğular nəticəsində dünyanın ən çox şeir oxuyan ölkələri müəyyənləşdirilib. Statistikaya görə, dünyanın romantikləri aşağıdakı ölkələrdə məskunlaşıb:
1 – Almaniya
2 – ABŞ
3 – Türkiyə
4 – Böyük Britaniya
5 – Serbiya
6 – Avstriya 
7 – İspaniya
8 – İsveçrə
9 – Rusiya
10 – Fransa
 
  Elcan Salmanqızı