Biz imzaları yox, əsərləri dərc edirik...

“Kimdir müqəssir?” tamaşası nümayiş olunub
237
14 İyun 2018, 11:35
   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı balacalar üçün maraqlı tamaşa ilə çıxış edib.
 
 
 

  Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?” pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru Elşən Zeynallı, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
  Tamaşa çox maraqla qarşılanıb. Əsərdə kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
  Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa ediblər.