Biz imzaları yox, əsərləri dərc edirik...

Kənan Hacının "Sonuncu Dərvişi"
264
15 Mart 2019, 14:29
 Tanınmış yazıçı, şair Kənan Hacının "Sonuncu dərviş" romanı "Xan" nəşriyyatı tərəfindən nəşr edilib. Kitabın naşiri Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur.
 
 
 
 
 
 "Gerçək roman" kimi təqdim olunan bu əsər müəllifin "Yaddaş kartı" romanının davamı  ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir.