Biz imzaları yox, əsərləri dərc edirik...

“Kaspi nəşrləri”ndən yeni kitab – “Soyqırımından Xocalıya”
616
23 Fevral 2018, 16:41
  "Kaspi” nəşrlərinin "Soyqırımından Xocalıya” adlı yeni kitabı işıq üzü görüb. Əsər "Kaspi” qəzeti və "Kaspi” Təhsil Şirkətinin "Azərbaycan ədəbiyyatını tanıdaq” devizi altında həyata keçirdiyi layihələr çərçivəsində yazılmış, nəşrə hazırlanmış və çap edilmişdir.
 
 
 
 
  Nəşrin məsləhətçisi və elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. "Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Nəşrin redaktorları isə professor Elçin Əhmədov, əməkdar mədəniyyət işçisi Bətul Eyvazlı və Fərid Hüseyndir.
  Kitab XX əsrin ən dəhşətli bəşəri faciələrindən olan Xocalı soyqırımı və onun soyqırımı aktı kimi dünyada tanıdılmasına həsr edilib. Həmçinin "Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının 10-cu ildönümünə ithaf olunan bu kitabda sülh və ədalət hərəkatı olan çağırışın nəticələri və qarşıda duran vəzifələri oxucuya çatdırılır, həmin istiqamətdə görülən işlər barədə ətraflı bəhs olunur.